Ermənistan prezidentindən Araikə: Vəziyyət dəyişib, Qarabağ…backend

Ermənistan prezidentindən Araikə: Vəziyyət dəyişib, Qarabağ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizi Qarabağla bağlı çətin qərarlar gözləyir”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanla görüşündə deyib.

“Erməni xalqı həlledici mərhələyə qədəm qoyur, bu da Ermənistanın mövcudluğu və Qarabağ probleminin həlli ilə bağlıdır. Qərar qəbul edərkən maksimum gücə və tarazlığa ehtiyacımız olacaq. Düzgün qərarlar qəbul etmək üçün vəziyyəti real qiymətləndirmək lazımdır. Bu qərarlar bizim üçün çətin olacaq, çünki bunlar bəzi hallarda istəklərimizi təmin etmir”, – deyə Xaçatryan bildirib.

Ermənistan prezidenti qeyd edib ki, geosiyasi və regional vəziyyət dəyişib: “Bu gün keçmişə qayıtmağa ehtiyac yoxdur, diqqəti gələcəyə yönəltmək lazımdır, xüsusən də bu gün dünyada hər şey çox sürətlə dəyişir. Gələcəklə bağlı baxışlarımızı ictimaiyyətə təqdim etmək üçün həll yolları müzakirə olunmalıdır”.