Ermənistan Putini həbs edəcəkmi?backend

Ermənistan Putini həbs edəcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiyədək Moskvanın peyki sayılan İrəvan ABŞ-la birgə təlimlər keçirib. Daha sonra o, Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını tanıyacağını bəyan edib. Bu o deməkdir ki, Putin Ermənistana ayaq basan kimi həbs olunacaq. Paşinyanın son anti-Rusiya addımları “İrəvanın oxu dəyişirmi?” sualını gündəmə gətirir.

NOCOMMENT.az xəbər verir ki, 11 sentyabrda Ermənistan ABŞ ilə hərbi təlimlərə başladı. Ermənistanın Baş naziri Paşinyanın son addımı Roma Statutunu ratifikasiya edəcəyini açıqlamaq oldu.

Ermənistan reqlamenti ratifikasiya etsə , Vladimir Putini həbs edə biləcəyi bildirilir.

Ermənistanın 1999-cu il oktyabrın 1-də imzaladığı Roma Əsasnaməsi o vaxtdan parlamentdə təsdiqini gözləyir.

Reqlament Ermənistanda təsdiq olunarsa, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs qərarı çıxarılan Rusiya prezidenti Vladimir Putin Ermənistan ərazisinə ayaq basan zaman həbs oluna bilər.