Ermənistan Türkiyəyə başsağlığı verdibackend

Ermənistan Türkiyəyə başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Qaziantep və Mardin şəhərlərində baş verən avtomobil qəzalarına görə Türkiyəyə başsağlığı verib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan tviter hesabında yazıb.

“Qaziantep və Mardində baş verən yol qəzaları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını diləyirəm”, – deyə Rubinyan bildirib.

Türkiyədə yuxarıda qeyd edilən iki avtomobil qəzası 30 nəfərin həyatına son qoyub.