Ermənistan və Azərbaycana üçüncü tərəflərdən sülh gələ bilməz – ABŞ rəsmisibackend

Ermənistan və Azərbaycana üçüncü tərəflərdən sülh gələ bilməz – ABŞ rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz istəyirik ki, tərəflər sülh müqaviləsinin mətnini özləri hazırlasınlar”.

 

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu İrəvana səfəri zamanı “Azadlıq radiosu”nun erməni xidmətinə müsahibə verən ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Lui Bono deyib.

“Biz uzunmüddətli və balanslı olacaq sülhün bərqərar olması üçün tərəflərlə, həm Ermənistan, həm də Azərbaycan liderləri ilə yaxından işləməkdən fərqli yol görmürük. Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan rəsmiləri və Qarabağın erməni icmasının nümayəndələri arasındakı təmaslarına münasibət bildirmək mənim səlahiyyətimdə deyil. Bu prosesdə bizim rolumuz vasitəçi deyil. Biz bu və ya digər tərəfə mətn təqdim etmək və şərtlər qoymaq üçün burada deyilik. Bizim etməyə çalışdığımız şey sülhə gedən yolu asanlaşdırmaqdır. Biz istəyirik ki, tərəflər mətni və şərtləri özləri hazırlayıb birlikdə qəbul etsinlər. Bunun üzərində birgə işləməlidirlər, çünki hər hansı uzunmüddətli, davamlı və balanslı sülh hər iki tərəfdən gəlməlidir, üçüncü tərəfdən, kənardan gələ bilməz”, – deyə o bildirib.

 

Qeyd edək ki, Ermənistandan əvvəl o, Azərbaycana səfər etmişdi.