Ermənistan XİN başçısının müavini: Azərbaycanla danışıqların Rusiya və ya ABŞ variantları yoxdurbackend

Ermənistan XİN başçısının müavini: Azərbaycanla danışıqların Rusiya və ya ABŞ variantları yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Ermənistan danışıqları kontekstində sənədlərin ayrıca Rusiya və ya ABŞ variantları yoxdur”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistana təklif olunan çərçivə sənədində iki ölkə arasında münasibətlərin qurulmasının ümumi prinsipləri əksini tapıb. Nazir müavini vurğulayıb ki, hazırda danışıqlar İrəvan və Bakının təklifləri əsasında aparılır.

P.Ovannisyan qeyd edib ki, ümumi prinsiplərə 1991-ci il Alma Ata Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxildir.

Diplomatın sözlərinə görə, oktyabrın əvvəlində Praqada bu istiqamətdə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub.