Ermənistan Yunanıstan və Kiprlə hərbi əməkdaşlıq haqqında razılığa gəldibackend

Ermənistan Yunanıstan və Kiprlə hərbi əməkdaşlıq haqqında razılığa gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyi Yunanıstan və Kiprlə hərbi əməkdaşlıq sazişləri bağlandığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb

Sazişlər Ermənistanın müdafiə naziri Suren Papikyanın Yunanıstan və Kiprə rəsmi səfərlərindən sonra imzalanıb. Papikyan iki ölkənin baş qərargahlarının nümayəndələri ilə görüşlər keçirib və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Danışıqlar nəticəsində tərəflər arasında 2024-cü il üçün ikitərəfli və üçtərəfli əməkdaşlığa dair sazişlər imzalanıb. Ölkələrin müdafiə nazirlikləri qarşılıqlı maraq doğuran sahələrdə bir neçə onlarla tədbir keçirməyə razılaşıblar.