Ermənistanda daha bir müxalif deputat mandatından imtina etdibackend

Ermənistanda daha bir müxalif deputat mandatından imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müxalif “Ermənistan” partiyasının daha bir deputatı mandatından imtina edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu dəfə Ripsime Stambulyan mandatından imtina etmək qərarına gəlib. Stambulyan bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

Millət vəkili qeyd edib ki, ilyarıma yaxın vaxt ərzində peşəkar və əmək bacarığından ölkənin rifahı naminə istifadə etməyə çalışıb. Stambulyan obyektiv və ya subyektiv səbəblərdən ümidlərini doğrultmadığı vətəndaşlardan bağışlanmasını istəyib.

“Mövcud vəziyyət mənim peşəkar fəaliyyətimə yanaşmamla və mövcud problemlərin həlli məsuliyyəti ilə bir araya sığmır. Gələcək fəaliyyətimdə statusundan asılı olmayaraq öz prinsiplərimə, ideyalarıma sadiq qalacağam və Vətənin maraqları mənim üçün bundan sonra da prioritet olacaq.”, – deyə deputat yazıb.

Xatıradaq ki, daha əvvəl “Ermənistan” fraksiyasının nümayəndələri Artur Kazinyan, Mxitar Zakaryan, Aram Vardevanyan deputat mandatından imtina ediblər. KİV Armen Çarçyan və İşxan Saqatelyanın da fraksiyadan ayrılacağını yazır.

Qeyd edək ki, 2021-ci ildə keçirilən növbədənkənar seçkilər zamanı ikinci prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun proporsional siyahısı ilə Ripsime Stambulyan parlamentə seçilmişdi.