Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? – VİDEObackend

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb.

Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, həmin qadağa tətbiq olunarsa, Azərbaycanda da qiymətlərə təsir edə bilər. Amma daxili istehsalı artırmaq və alternativ variantlarla bu cür bahalaşmanın qarşısını almaq mümkündür.

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli isə bildirir ki, ölkə üçün quş əti istehsalında heç bir qıtlıq və digər çətinlik gözlənilmir.

Ekpsertlər həmçinin onu da vurğulayırlar ki, Türkiyədəki proseslər Azərbaycana təsir etməsə də, Rusiya bazarında qiymətləri artıracaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.