Ermənistanda demoqrafik böhran pik həddəbackend

Ermənistanda demoqrafik böhran pik həddə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin ilk iki ayında Ermənistanda ölüm halları yeni doğulanların sayını üstələyib. Cari ilin yanvar-fevral aylarında ölkədə 6030 nəfər ölüb, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 599 fakt çoxdur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin ilk iki ayında Ermənistanda 5344 körpə doğulub, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 189 nəfər azdır.

Keçən ilin ilk iki ayında ölkədə 5533 körpə dünyaya gəlib.