Ermənistanda etirazçılar hökumət və XİN binalarını mühasirəyə aldılar – VİDEObackend

Ermənistanda etirazçılar hökumət və XİN binalarını mühasirəyə aldılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda etirazçılar hökumətin və Xarici İşlər Nazirliyinin, həmçinin Ədliyyə Nazirliyinin binalarını mühasirəyə alıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, hazırda paytaxt İrəvan küçələrində gərgin vəziyyət yaranıb. Etirazçılar əsas dövlət orqanlarının xidməti binalarına daxil olmağa çalışır. Polis bu cəhdlərin qarşısını alır.

Hökumət, XİN və Ədliyyə Nazirliyi binalarının giriş-çıxışları təhlükəsizlik qüvvələri tərəfindən etirazçılara müqavimətlə qorunsa da, bunun nə qədər çəkəcəyi bəlli deyil. Proseslər davam edir.