Ermənistanda gərginlik DAVAM EDİRbackend

Ermənistanda gərginlik DAVAM EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatı ölkədə ardıcıl mitinqlər təşkil edir.

NOCOMMENT.az xəbər verir ki, iki gündür etirazçılar parlament binasının qarşısında oturaq aksiya keçirir. Vətəndaşlar çadırlar quraraq yolun Baqamyan-Dəmirçyan kəsişməsini bağlı saxlamağa çalışırlar.

Qeyd edək ki, aprelin 19-da Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Keşiş Baqrat Qalstanyan yaranan fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.