Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları gecə saatlarında Eçmiədzində hərbi hissəyə basqın ediblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Məlumata görə, saxlanılanlar arasında yüksək rütbəli hərbçilər də var.
MTX-nın hələ də əməliyyat apardığı bildirilir.
Eçmiədzində “kimyaçılar” hərbi hissəsində keçirilən əməliyyat tədbirləri Ermənistan Antikorrupsiya Komitəsində açılmış cinayət işi çərçivəsində aparılır.
“Hərbi polisdə ehtimal edilən cinayətlə əlaqədar məlumat Antikorrupsiya Komitəsinə göndərilib və burada qanunla müəyyən edilmiş qaydada araşdırma başlanılıb”, – deyə komitədən bildirilib.
Komitədən zəruri hallarda əlavə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, bu hərbi hissə ilə bağlı cinayət işi daha əvvəl geniş ictimai əks-səda doğurub. Bu iş üzrə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, general-leytenant Andranik Makaryana və bir sıra digər hərbçilərə qarşı ittihamlar irəli sürülüb.













