Ermənistanda itkin düşənlərin ailələri MTX-dən cavab gözləyirlərbackend

Ermənistanda itkin düşənlərin ailələri MTX-dən cavab gözləyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ölkənin Milli Təhlükəsizlik Xidmətinin inzibati binasına daxil olublar.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, onlar MTX rəhbəri Armen Abazyanla görüş tələb ediblər.

Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları toplaşanlardan küçədə gözləməyi tələb etsələr də, etirazçılar binadan çıxmaqdan imtina ediblər. Valideynlərdən biri 10 aydır övladından xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, Ermənistanda hazırda 321 nəfər itkin düşmüş hesab olunur.