Ermənistanda magistral yollar bağlandıbackend

Ermənistanda magistral yollar bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Fövqəladə Hallar Nazirliyi ölkə ərazisindəki yolların bağlanması barədə xəbərdarlıq edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, buna səbəb qar fırtınası olub.

Nəticədə bir sıra magistral yollar bağlanıb. Amberd hidrometeoroloji stansiyasından Kari Liç gölünə və Amberd qalasına gedən yol, eləcə də Berd-Çəmbərək yolu bağlıdır.

Zəngəzurun yolları buz bağlayıb. Lars yolu da bağlı olduğu üçün sərhəddə yük maşınları yığılıb qalıb.