Ermənistanda mitinqlər davam edirbackend

Ermənistanda mitinqlər davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan İrəvan Respublika meydanında keçirdiyi mitinqdə hərəkatı koordinasiya edəcək üzvlərin adlarını açıqlayıb və Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

NOCOMMENT.azın xəbərinə görə Manukyan bildirib ki, komitə 11 nəfərdən ibarət olacaq. İlkin olaraq indi beş üzvün adını açıqlanıb. Bunlar Hayk Mamicanyan, Andranik Tevanyan, İşxan Saqatelyan, həmçinin Avetik Çalabyan və Vazgen Manukyandır.

Manukyan kütləvi itaətsizlik aksiyalarına başladıqlarını açıqlayıb. “Bunda təkcə İrəvan əhalisi deyil, həm də regionlar iştirak etməlidir. Bu hakimiyyətə görə Artsaxda baş verənlər Ermənistana da çatacaq. Nikol Paşinyan əvvəlcə müqavilə bağlayır amma o razılaşmanı yerinə yetirmək üçün heç nə edə bilməyəcəyini deyir. Qarşı tərəf anlayır ki, müqaviləni hərbi yolla həyata keçirə bilər”.