Ermənistanda etirazlar səngimirbackend

Ermənistanda etirazlar səngimir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda Polisin fiziki güc tətbiq etməsinə baxmayaraq  vətəndaşlar küçələri bağlayaraq “Artsax”, “Nikol satqındır” şüarları səsləndirməklə itaətsizlik əməllərini davam etdirirlər. Onlar həmçinin vətəndaşları “Artsax”a dəstək olmaq məqsədi ilə artan hərəkata qoşulmağa çağırırlar.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanda Polis və  qırmızı beretli zabitlər etirazçıları saxlamaq üçün aqressiv üsullardan istifadə edir. Bəzi insanlar polis maşınlarına yerləşdirildikdən sonra da zorakılığa məruz qalır. Etirazlar nəticəsində çoxlu sayda vətəndaş yaralanıb.

Müxtəlif universitetlərin, o cümlədən İrəvan Dövlət Universiteti (YDU), Brusov Universiteti, Pedaqoji Universiteti, Fransız Universiteti, Avropa Universiteti və digər universitetlərin tələbələri tətil elan edərək, şəhərin küçələrini bağlayaraq aksiyalarda iştirak edirlər

Aksiyalar zamanı çoxlu sayda insan saxlanılıb, o cümlədən “Ana Ermənistan” hərəkatının koordinatoru Andranik Tevanyan həbs edilərək sonradan azad edilib.