Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaqbackend

Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti bugünkü iclasında Xarici Kəşfiyyat Xidmətinin yaradılması barədə qərar qəbul edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, iclasda qanun layihəsini təqdim edən ədliyyə nazirinin müavini Qriqor Minasyan bildirib ki, xidmət Ermənistanın baş naziri yanında xüsusi orqan kimi fəaliyyət göstərəcək.
yeni bölmə hərbi hissə sayılmayacaq ki, bu da onu müxtəlif sahələrdən olan mülki mütəxəssislərlə təmin etməyə imkan verəcək.

Eyni zamanda, üçillik keçid dövrü müəyyən ediləcək, bu müddət ərzində Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və xarici kəşfiyyat vəzifələrini yerinə yetirən digər idarələr bu funksiyaları mərhələli şəkildə yeni xidmətə keçirəcəklər.

“Bunun üçün biz əmin olmalıyıq ki, yeni qurum kifayət qədər səmərəli işləyir”, – deyə Baş nazir Nikol Paşinyan bildirib.

Qanun layihəsi ən qısa zamanda parlamentə təqdim olunacaq.