Ermənistandan tarixi qərar - Türkiyə ilə bağlı GÖRÜN nə etdilər - FOTO

Ermənistandan tarixi qərar - Türkiyə ilə bağlı GÖRÜN nə etdilər - FOTO

Ermənistan hökuməti Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılması istiqamətində aparılan diplomatik danışıqlara dəstək məqsədilə növbəti diqqətçəkən addımı atıb. İrəvan rəsmi dövlət rəmzlərinin istifadəsində dəyişiklik edərək Türkiyənin həssas yanaşdığı bir məqamı aradan qaldırıb.

NOCOMMENT.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan hökumətinin qərarı ilə ölkənin sərhəd-keçid məntəqələrində xarici pasportlara vurulan rəsmi giriş və çıxış möhürlərinin dizaynı yenilənib. Yeni dizaynda indiyədək möhürlərin mərkəzində yer alan və Türkiyə ərazisində yerləşən Ağrı dağının (Ararat) vizual təsviri rəsmi olaraq dövriyyədən çıxarılıb.

Ermənistan rəsmiləri bu addımın Ankara ilə birbaşa dialoq mühitini qorumaq, regional etimadı artırmaq və normallaşma prosesindəki süni maneələri aradan qaldırmaq məqsədi daşıdığını bildiriblər.


Qeyd edək ki, Ağrı dağının təsviri Ermənistanın rəsmi dövlət gerbində və bir çox dövlət atributlarında yer alır ki, bu da rəsmi Ankara tərəfindən uzun illərdir Türkiyənin ərazi bütövlüyünə qarşı iddia və diplomatik gərginlik mənbəyi kimi tənqid olunurdu. İrəvanın son addımı Türkiyə ilə sərhədlərin açılması ərəfəsində mühüm siyasi jest kimi qiymətləndirilir.