Ermənistanı tərk edənlər Rusiya vətəndaşlığı alırlar – RƏSMİbackend

Ermənistanı tərk edənlər Rusiya vətəndaşlığı alırlar – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Rusiya Federasiyasının vətəndaşlığını alanlar daha çox Ukrayna, Tacikistan, Qazaxıstan və Ermənistandan olan şəxslərdir.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“2021-ci ilin 11 ayı ərzində 667 mindən çox əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilib. 2020-ci ilin eyni dövründə isə təxminən 563 min nəfər Rusiya vətəndaşlığına qəbul edilmişdi.

2021-ci ildə Rusiya vətəndaşlığını qəbul etmiş əcnəbilər arasında Ukrayna, Tacikistan, Qazaxıstan, Ermənistandan olanlar öndə gedir”, – deyə Daxili İşlər Nazirliyi bildirib.

Nazirlik həmçinin qeyd edib ki, 2021-ci ilin 11 ayı ərzində 800-dən çox, 2020-ci ilin eyni dövründə 950-yə yaxın, 2019-cu ildə isə 730-a yaxın xarici yüksək ixtisaslı mütəxəssis Rusiya vətəndaşlığına qəbul edilib.