KoronaVirus İnformasiya Portalı
Ermənistanın elektrik şəbəkəsinə vurduğu ziyan açıqlandıbackend

Ermənistanın elektrik şəbəkəsinə vurduğu ziyan açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 300 dəfəyədək vurulub, həmçinin 250-dən çox transformator və 800-dək dayaq yararsız hala düşüb.

NOCOMMENT.az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən (ASC) verilən məlumata görə, yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı ASC əməkdaşlarının fədakar əməyi sayəsində uğurla icra olunur. Təmas xəttinə yaxın yaşayış məntəqələrində 24 saat fasiləsiz xidmət göstərən Səhmdar Cəmiyyətin əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.

Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır.

Qeyd edək ki, cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq “Azərişıq” ASC-də ilk gündən etibarən Xüsusi Qərargah yaradılıb. Təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində ASC əməkdaşları 24 saat növbətçilik əsasında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütəmadi olaraq əməkdaşları təlimatlandırır.