KoronaVirus İnformasiya Portalı
Ermənistanın Müdafiə Nazirliyi: Yaralı hərbçilərin 70 faizi orduya qayıtmırbackend

Ermənistanın Müdafiə Nazirliyi: Yaralı hərbçilərin 70 faizi orduya qayıtmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğalçı Ermənistan ordusunun Dağlıq Qarabağda döyüşən silahlılarının cəmi 30 faizi yenidən hərbi xidmətə qayıdır.

NOCOMMENT Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan bildirib.

O, hərbi qulluqçuların orduya “qısa” müddətdə qayıtdığını vurğulayaraq, bunu tibb işçilərinin “fədakarlığı” ilə əlaqələndirib.

Nazirliyin nümayəndəsi Azərbaycan Ordusunun artilleriyadan intensiv istifadə etdiyini etiraf edib. Erməni hərbçinin sözlərinə görə, sentyabrın 27-dən bu günə kimi davam edən döyüşlərdə yüzlərlə erməni hərbçisi yaralanıb.

O, həmçinin döyüşlərdə 350-dən hərbçinin həlak olduğunu bildirib. Qeyd edək ki, bu, yalnız Ermənistan hökuməti rəsmilərinin ölümü təsdiqlənmiş, həmçinin ölü sayını gizlətdiyi hərbçilərin sayı barədə açıqladığı yalan göstəricilərdir. Düşmən ordusu itkilərin real sayını gizlətmək üçün öldürülmüş digər hərbçiləri itkin kimi qeydiyyata alıb. Bu səbəbdən də Ermənistan ordusunun itkiləri əslində açıqlanan rəqəmlərdən xeyli çoxdur.