Ermənistanın sabiq polis rəisi Paşinyanın qanunsuzluqlarından danışıbbackend

Ermənistanın sabiq polis rəisi Paşinyanın qanunsuzluqlarından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan polisinin sabiq rəisi Valeri Osipyan jurnalistlərə bildirib ki, vəzifədə olma dövründə bir sıra qanunsuz əmrlər alıb, amma onları yerinə yetirməyib.

Bu barədə NOCOMMENT Ermənistan mətbuatına istinadən xəbər verir.

Valeri Osipyan baş nazir Nikol Paşinyanın istefasının yeganə çıxış yolu olub-olmaması barədə suala cavabında – “qeyri-mümkün heç nə yoxdur”, – deyə bildirib.

Paşinyanın – “Mənim istefamı əvvəlki hakimiyyətin talançıları tələb edir”, – bəyanatına toxunan Osipyan vurğulayıb ki, vətəndaş vətəndaşdır: “Bizim dövlətimiz, cəmiyyətimiz üçün faydalı insanlar və alçaqlar həmişə olub”.

O, Paşinyan hakimiyyətində cinayətkarların yer almasına eyham vurub: “Alçaqlar indiki hakimiyyətdə də var”.

Valeri Osipyan vurğulayıb ki, polis rəisi vəzifəsində çalışarkən qanunsuz əmrlər alıb, lakin onları icra etməyib.

Osipyanın sözlərinə görə, aksiyalara dostlarının hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına görə qatılıb. Onların arasında dostu, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan da var. “Mən Vanesyanı təxminən 25 ildir tanıyıram. Onunla hələ Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilməzdən əvvəl, mən polis rəisi olarkən tanış olmuşdum”.

Xatırladaq ki, Yerevan polisinin sabiq müavini Valeri Osipyan hakimiyyət dəyişikliyindən sonra 2018-ci ilin 10 mayında baş nazir Nikola Paşinyanın təklifi ilə Ermənistanın polis rəisi təyin olunmuşdu.

O, 2019-cu ilin 18 sentyabrda istefaya getmiş və həmin gün Paşinyanın baş məsləhətçisi təyin edilmişdi. Lakin bu təyinatın ömrü çox az olmuşdu. Paşiyan cəmi 20 gün sonra – oktyabrın 8-də Osipyanı vəzifəsindən azad etmişdi.