Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur…backend

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos “Joxovurd” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, İttifaq sülh prosesində fəal iştirak edir:

“Brüssel Ermənistanla Azərbaycan arasında bütün mübahisələrin sülh yolu ilə həlli prinsipinə sadiqdir. İlk növbədə iki ölkə arasında sərhədin delimitasiyası lazımdır”.