Əsgərimizin zərərsizləşdirdiyi erməninin hərbçi olduğunu sübut edən FOTOLARbackend

Əsgərimizin zərərsizləşdirdiyi erməninin hərbçi olduğunu sübut edən FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfinin Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuza hücum edən şəxslə bağlı növbəti saxta təbliğatı ifşa olunub.

Belə ki, dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs hərbçimizə hücum edib. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

NOCOMMENT.az xəbər verir ki, hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Lakin Ermənistan tərəfi sözügedən şəxsin mülki vətəndaş (çoban) olduğunu iddia edərək Azərbaycanı ittiham etmək üçün saxta təbliğata əl atıb.

Oxu.Az-ın əldə etdiyi fotolar isə Ermənistanın növbəti saxta təbliğatını ifşa edir.

Belə ki, fotoda hərbi qulluqçumuza hücum edən şəxsin hərbçi olduğu, Ermənistan ordusuna məxsus hərbi geyimdə olduğu əks olunub.