Estoniya hələlik Rusiya ilə sərhədi bağlamaq fikrində olmadığını bildiribbackend

Estoniya hələlik Rusiya ilə sərhədi bağlamaq fikrində olmadığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Estoniyanın daxili işlər naziri Lauri Lyaenemets bildirib ki, Tallin Finlandiyadan nümunə götürərək Rusiya ilə sərhəddəki keçid məntəqəsini bağlamağa tələsmir, çünki Estoniya sərhədindəki miqrasiya təzyiqi hələlik bunu tələb etmir. Bu barədə  RİA Novosti məlumat yayıb.

“Əlbəttə, biz sərhəd-keçid məntəqələrini bağlamağa hazırıq, lakin biz bunu yalnız fəaliyyətimizi göstərmək və ya imic naminə etmək niyyətində deyilik”, – deyən Lyaenemets , Estoniyanın bir həftə ərzində bir neçə onlarla miqrantın öhdəsindən gəlməyəcək qədər zəif olmadığını qeyd etdi.

Daxili İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, indi sərhədlərin bağlanması həddindən artıq reaksiya, daha doğrusu, zəiflik nümayişi olacaq.