Ət 20 manatadək bahalaşacaq? – Yaxın aylarda…backend

Ət 20 manatadək bahalaşacaq? – Yaxın aylarda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər hansı xidmətin yekun qiymətinə təsir edən meyarlar onun ərsəyə gətirilməsində çəkilən xərclərdir”.

NOCOMMENT.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Asif İbrahimov Bakıvaxtı.az-a son günlər ətin bahalaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yem məhsullarının qiymətinin də qalxması ət bahalalığına aparır. Bundan başqa, o, sırf Azərbaycanda ətin qiymətinin bahalaşmasını xarici faktorlarla əlaqələndirir:

“Daha öncə Ukrayna və Rusiyadan iribuynuzlu mal-qara, o cümlədən, toyuq məhsulları gətirilirdi. Ordan gətirilən məhsullar, təqribən, Azərbaycandan iki dəfə ucuza başa gəlirdi. Satışa çıxarıldıqda qiymətlərdə rəqabət yarandığı üçün nisbətən yerli məhsullarla xaricdən gətirilən ət arasında müəyyən balans yaranırdı”.

“Söhbət həm də heyvandarlıqda istifadə olunan yemlərdən gedir” deyən ekspert qeyd edib ki, bu yemlər daha çox Qazaxıstan, Ukrayna və Rusiyadan gətirilir. Onun sözlərinə görə, müəyyən məsələlərə görə bu sahədə də problemlər yaranmağa başlayıb.

Sosial şəbəklərdə ətin 20 manadək bahalaşacağı barədə açılan müzakirələrə gəlincə, müsahibimiz bunun yaxın aylarda olacağını düşünmür:

“Qiymət artımı gözlənilən idi. Biz aqibətimizi kənar faktorlardan asılı etməməli, daxili istehsalımızı gücləndirməli, heyvandarlığa xüsusi önəm verməliyik. Son illərdə Azərbaycanda əkinə yararlı torpaqların 37%-i şoranlaşmağa məruz qalır. Bunun da səbəbi bəllidir: nəzarətsizlik və hər hansı tədbirlərin həyata keçirilməməsi. Bu istiqamətdə də müəyyən problemlərimiz var. Ümumiyyətlə, biz kənd təsərrüfatı siyasətini yenidən gözdən keçirməliyik. Bu sahədə ciddi tədbirlər planı həyata keçirilməlidir”.