Etibar Əliyev Emin Əmrullayevi sərt tənqid etdi: Hərdəmxəyal nazir və mövcud acınacaqlı durum…backend

Etibar Əliyev Emin Əmrullayevi sərt tənqid etdi: Hərdəmxəyal nazir və mövcud acınacaqlı durum… 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın 80 illik Yubileyində çıxışının bir hissəsində deyir ki, elmi məqalə yazmaq elmdə formal xarakter daşıyır. Çıxışının digər hissəsində isə alimləri təbrik edir ki, Azərbaycan elmi məqalələrin sayına görə Postsovet məkanına daxil olan ölkələr içərisində xeyli irəliləyib”

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri sabiq deputat Etibar Əliyev öz sosial şəbəkə hesabında yazıb.

Naziri hərdəmxəyal adlandıran Etibar Əliyev universitetlərlə bağlı fikrində də qərarsız olduğunu qeyd edib.

“3-4 il bundan əvvəl deyirdi ki, Ali məktəblərə tələbə qəbulunun sayını kəskin artırmaq lazımdır. Ali məktəblərdə 150-200 bal toplayan tələbə əlindən tərpənmək mümkün deyil. İndi də deyir ki, tələbə sayını azaldıb keyfiyyəti artırmaq lazımdır”.

Naziri tənqid edən sabiq deputat, onun bilərəkdən belə vəziyyət yaratdığını iddia edib.

“Bu adam 3 ildən çoxdur ki, Bakı şəhəri üzrə Təhsil idarəsinə müdir vəzifəsinə kadr tapa bilmir. Bakı məktəblərinin tabe olduğu qurumda xaos hökm sürür.
Bilərəkdən belə vəziyyət yaradıb.

Təhsilin İnkişafı Fondunu da “ağ günə” çıxartdı. Ağsu rayonunda “Azqranata” MMC-də maliyyə departamentinin direktoru vəzifəsində işləmiş İlqar Bayramlını Təhsilin İnkişafı Fondunun İdarə Heyətinə sədr əvəzi təyin etdi”

“Əli Həsənovun pul ortağı (Kaspi liseyində) Elnur Əliyev isə böyük ənənəsi olan, vaxtilə professor Zahid Qaralovun, professor Abdulla Mehrabovun direktoru olduğu Təhsil İnstitutunu korrupsiya yuvasına çevirib.

Orada tam anarxiya hökm sürür…

Missiya artıqlaması ilə həyata keçirilir”, – Etibar Əliyev yazıb.