ETİRAZ: Deyirlər ki, vaksindən sonra kimlərsə İMPOTENT olubbackend

ETİRAZ: Deyirlər ki, vaksindən sonra kimlərsə İMPOTENT olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış pediatır Vaqif Qarayev vaksin əleyinə sosial şəbəkələrdə fikir bildirən şəxsləri sərt şəkildə tənqid edib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, pediatr sözügedən şəxsləri antivaksinator ordusu adlandırıb: “Yenə fəallaşıblar, vaksin əleyhinə hardansa nəsə tapıb paylaşırlar. Vaksindən sonra kiminsə qızdırması qalxıb, başı ağrıyıb, dili tutulub, təzyiqi qalxıb, kimlərsə impotent olub – kimi fikirlər səsləndirirlər. Bunların əksəriyyəti kiminsə fantaziyasının məhsuludur. Bu tip paylaşımlara on minlərlə insan – “bərəkallah”, – deyir.

Vaksindən sonra İFA (virusa qarşı antitellərin yaranması) analizinin nəticəsini paylaşanlar da var. Belə paylaşımlara maraq yoxdur. Əgər belə ağıllısansa, insanları bu bəladan qurtaracaq bir təklif ver”.