“Evlilik üçün ideal yaş həddi…” – Bunu etsəniz, ailəniz dağılmayacaq!backend

“Evlilik üçün ideal yaş həddi…” – Bunu etsəniz, ailəniz dağılmayacaq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son 20-25 ildə dağılan ailələrin təməlində dayanan səbəb cütlüklərin eyni ruhda olmamasıdır. Fikir ayrılıqları yarandığı təqdirdə, evliliyi davam etdirmək çətindir. “Uşaq olmuşam, sandım ki, sevirəm” deyən şəxslər bir müddət sonra yanıldığını etiraf edir. Hətta 19 il evli olanlar da var ki, övladları ailə qursa belə, onlar bu qədər müddətdən sonra bir-birilərini anlamadıqlarını söyləyirlər”. 

 

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri “Yeni Sabah”a psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, cütlüklər kənardan bir-birini nə qədər sevsə də, eyni evdə yaşamağa başlayandan sonra onların əsl simaları ortaya çıxır:

“Evin öz qanunları var. Bu zaman hər kəs daim “baş üstə” demir. Kənardan baxırsan ki, mehriban ailədir. Lakin biz onun daxilində hansı proseslərin cərəyan etdiyini bilmirik. Ən adi bir səbəbdən, yorğunluqdan və s. qadın deyinməyə başlayanda artıq evdə münaqişə yaşanır. Həm yoldaşı, həm də uşaqları qadından bezməyə başlayırlar. Nəticədə isə bir qadının təmizkarlığı onun ailəsinin dağılmasına gətirib-çıxarır.

Evlilikdə yaş faktoru da ciddi amildir. Bu meyar qızlar üçün 23-24, oğlanlarda isə 26-27 yaşdır. Ailə qurarkən diqqət edilməli başqa məqamlar da var. Düşüncə tərzi, musiqi və film zövqü də bu məqamlara aiddir. Valideynin tövsiyəsilə qurulan ailələrdə də çox vaxt problemlər yaşanır. Deyirlər ki, bu oğlanın imkanı yaxşıdı, maşını, evi var. Bu səbəbdən onu ideal həyat yoldaşı kimi görürlər. Ancaq düşünmürlər ki, bu mal varlıqları ata tərəfə aiddir. Bəs həmin şəxsin bu imkanı dəyərləndirəcək, inkişaf etdirəcək gücü, ağlı var? Bütün bunları nəzərə alandan sonra evlilik üçün addım atmaq lazımdır”.

Psixoloq həmçinin qeyd edir ki, evlilikdə ən vacib məqam bir-birini anlamaqdır:

“Elə ailələr var ki, hətta mübahisələri polis bölməsində bitib. Lakin danışaraq bunun da öhdəsindən gələnlər var. Ona görə də hər hansı səbəbdən dava düşürsə, daha sonra bunu aydınlaşdırmaq önəmlidir. Hər iki tərəf bir-birini anlayandan sonra mübahisələrin mənasız olduğunu da başa düşürlər. Ancaq bundan əvvəl onlar öz aralarında bütün səbəbləri aydınlaşdırmalı, dialoq qurmağı bacarmalıdırlar”.