Qızını öldürən atayla bağlı dəhşətli detal: “Əvvəl ssenari yazıb”backend

Qızını öldürən atayla bağlı dəhşətli detal: “Əvvəl ssenari yazıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Ötən gün Sumqayıtda baş verən tükürpərdici bu hadisə hər kəsi şoka salıb. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sözügedən olaydan sonra bir sıra şəxslər həmin uşağın anasını da qınaq obyektinə çeviriblər. Buna səbəb isə onun əcnəbi ilə ailə qurmasıdır. Maraqlıdır, belə bir hadisənin baş verməsində cəmiyyətdə yer alan bu iddiaların hər hansısa bir rolu varmı? Ümumiyyətlə, bir atanın azyaşlı övladına qarşı bu cür davranışının təməlində hansı səbəblər dayanır?

NOCOMMENT.az xəbər verir ki, dəhşətli cinayət barəsində danışan psixoloq Aytən Ələkbərova “Yeni Sabah”a vacib məqamları açıqlayıb:

“Baş verən bu hadisəyə qatilin milliyyəti deyil, hansı insan tərəfindən törədildiyu prizmasından yanaşmaq lazımdır. Bu kimi hadisənin nə milləti, nə də ki irqi olur. Əsas məsələ odur ki, belə bir amansız hal baş verib. Ehtimal nəzəriyyəsinə əsasən bu barədə danışırıq. Nəzər yetirməli olduğumuz başlıca səbəb bunu edənin bir ata olmasıdır. Həmin hal bugünlük bir durum, psixoloji pozuntu deyil. Ola bilər ki, bu insanda əvvəllər konversion pozuntu olub. Digər tərəfdən, hadisə patoloji düşüncələr nəticəsində meydana gələ bilər ki, bu, xarakterin patologiyası olsun. Ancaq burada seçim haqqında danışmaq doğru deyil. O şəxsin həyat yoldaşı olan qadının seçiminin doğru olub-olmaması müzakirə mövzusu deyil. Burada müzakirə edilən məsələ həmin şəxsin psixoloji durumu, problemləri və ailədə olan məsələlərdir. Ümumiyyətlə, bir evdə əgər iki gündən artıq söz-söhbət olursa, mütləq həmin ailədə cinayət hadisəsi yaşanacaq”.

Psixoloq bildirib ki, hər bir insan 3 ayda bir psixoloji müayinədən keçməlidir ki, bu cür olayların sayında artım olmasın:

“Həmin şəxsin şəkillərini canlı efirdə müşahidə etdiyimə əsasən, belə insanların bəzi inancları olur və ona əsasən beyinlərində hər hansısa ssenarilər yazıb uyğun olaraq addımlar atırlar. Onunla eyni ağılda olan adam bunu sezə bilməsə də, digərləri sözügedən vəziyyətin fərqinə vara bilərdi. Ancaq indi durub günahkar axtarırlar. Belə insanlar sanki günü-gündən artır və bu say çoxalır. İnsanlar getdikcə zombiləşir.

Müşahidə etsək, görərik ki, son zamanlar nə qədər insan öz doğmalarına qarşı bu cür amansız rəftarlar sərgiləməyə başlayıb. Deməli artıq sos siqnalı çalınmalıdır. Hansı peşədə çalışmağından asılı olmayaraq, hər bir insanın psixoloji durumu 3 ayda bir yoxlanılıb psixoloji rəy alınmalıdır ki, sabah belə hadisələrlə rastlaşmayaq”.