Eyni vaxtda iki ev yandı – Xəsarət alan varbackend

Eyni vaxtda iki ev yandı – Xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə eyni ərazidə iki ev yanıb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisələr rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, sözügedən qəsəbədə ayrı-ayrı iki vətəndaşa məxsus evlərdə yanğın başlayıb. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Araşdırma zamanı məlum olub ki, birinci evdə baş verən yanğına səbəb evdə qaz partlaması səbəb olub. Bu zaman partlayış olan evə bitişik qonşu evdə də yanğın başlayıb. Partlayış zamanı 1946-ci il təvəllüdlü Şücayət Novruzova müxtəlif bədən xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hər iki evdə baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.