Şəmkirdə qəza: Ölən və xəsarət alanlar varbackend

Şəmkirdə qəza: Ölən və xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 ilə digər minik maşını toqquşub.

Qəza zamanı 1955-ci il təvəllüdlü Zülfüqar Əliyev hadisə yerində ölüb.

Xəsarət alanlar Şəmkir rayon sakinləri, 2001-ci il təvəllüdlü Əmrah Vəliyev, 1990-cı il təvəllüdlü Asif Əliyev, 1995-ci il təvəllüdlü Bayram Zeynalov və 1988-ci il təvəllüdlü Röyal Sadıqovdur.

Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə müxtəlif xəstəxanalara aparılıblar.

Yaralıların vəziyyətlərin orta ağır olduğu bildirilir. /oxu.az