F-16 qırıcısını məhv edən rus əsgərlərinə pul mükafatı veriləcəkbackend

“F-16” qırıcısını məhv edən rus əsgərlərinə pul mükafatı veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın “F-16” və ya “F-15” qırıcısını ilk məhv edən Rusiya Silahlı Qüvvələrinin əsgərlərinə 15 milyon rubl ödəniləcək.

NOCOMMENT.az xəbər verir ki, FORES şirkətinin icraçı direktorunun müavini İlya Potanin bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti ilə söhbətində bildirib.

“F-15 və F-16 döyüş təyyarələrinin məhvinə görə də mükafatlar olacaq. Birincinin mükafatı 15 milyon rubl olacaq”, – şirkət nümayəndəsi bildirib.

O, həmçinin bildirib ki, iyulun 16-da “Abrams” və “Leopard” tanklarının məhvinə görə pul mükafatları baş tutub – şirkət hər məhv edilmiş bölməyə görə 500 min rubl ödəyir.