Fəhlə fabrikin damından yıxılaraq ölübbackend

Fəhlə fabrikin damından yıxılaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən bildirir ki,10 ilə yaxındır bir şirkətdə çalışan evli və bir uşaq atası Mustafa Armanarlı dünən Ayazkent rayonunda pambıqtəmizləmə zavodunun damında işləyərkən naməlum səbəbdən beton döşəməyə yıxılıb.

Hadisə baş verdikdən dərhal sonra ünvana 112 Təcili Tibbi Yardım qrupu göndərilib. Vəziyyəti ağır olan Armanarlı təcili yardımla aparıldığı Berqama Necla-Mithat Öztüre Dövlət Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.