Fələstin lideri ABŞ-a ÇAĞIRIŞ ETDİbackend

Fələstin lideri ABŞ-a ÇAĞIRIŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas ABŞ dövlət katibi Entoni Blinkenlə görüş keçirib, o, İsrail və HƏMAS arasında atəşkəsin daha da gücləndirilməsinin vacibliyini bəyan edib. Həmçinin Qəzza zolağında tam atəşkəsin tərəfdarı olduğunu bildirib. Bu barədə WAFA agentliyi məlumat yayıb.

Abbas Fələstin anklavına ilk növbədə dərman, qida, su və yanacaq kimi humanitar yardımların artırılmasının vacibliyinə diqqət çəkib. O, həmçinin “minlərlə yaralının müalicəsi üçün sektorda xəstəxanaların yenidən açılmasına dəstək verilməsinin” zəruriliyini bildirdi.

Söhbət zamanı Fələstin prezidenti İsrailin siyasətini tənqid edərək, “Fələstin əhalisinin öz torpaqlarından qovulmasının” qarşısını almaq üçün ABŞ-dan vəziyyətə müdaxilə etməyi xahiş edib.