Fələstin Netanyahunun Qəzzada müharibədən sonrakı nizamlanma planını qiymətləndiribbackend

Fələstin Netanyahunun Qəzzada müharibədən sonrakı nizamlanma planını qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin prezidenti Mahmud Abbas İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada müharibədən sonra məskunlaşma planını “uğursuzluğa məhkum” olaraq rədd edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbasın rəsmi nümayəndəsi Nəbil Əbu Rudeynə bildirib.

Abbasın sözçüsü vurğulayıb ki, İsrailin Fələstin anklavında coğrafi və demoqrafik reallıqları dəyişdirmək planları heç bir nəticə verməyəcək.

“Əgər dünya həqiqətən də regionda təhlükəsizlik və sabitliyin təmin edilməsində maraqlıdırsa, o, İsrailin Fələstin torpaqlarını işğalına son qoymalı və paytaxtı Qüds olan müstəqil Fələstin dövlətini tanımalıdır”, – deyə Nabil Əbu Rudeynə bildirib.