Fələstinin yeni hökuməti and içibbackend

Fələstinin yeni hökuməti and içib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhəmməd Mustafanın rəhbərliyi ilə yeni Fələstin hökuməti and içərək, rəsmən fəaliyyətə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə WAFA məlumat yayıb.

Agentliyin məlumatına görə, mərasim Fələstin Milli Administrasiyasının (PNA) inzibati mərkəzi olan Ramallahda prezident Mahmud Abbasın iştirakı ilə baş tutub. Dövlət başçısı qeyd edib ki, yeni hökumət texnokratlardan formalaşıb və onun yurisdiksiyası təkcə Şərqi Qüds və İordan çayının qərb sahilinə deyil, həm də Qəzza zolağına qədər uzanacaq.

Abbas yeni kabinetin prioritet vəzifələri kimi Qəzzə sakinlərinə humanitar yardımın göstərilməsi, köçkünlərin öz yaşayış yerlərinə qayıtmaq istəyində onlara dəstək və anklavın tam yenidən qurulmasını qeyd edib.