Türkiyə Superliqası: “Fənərbağça” “Qalatasaray”ı qəbul edəcəkbackend

Türkiyə Superliqası: “Fənərbağça” “Qalatasaray”ı qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyə Superliqasında XVIII turun mərkəzi oyunu keçiriləcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, İstanbul derbisində “Fənərbağça” “Qalatasaray”ı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Matçı Arda Kardeşlər idarə edəcək. 43 xala malik komandalar 1-2-ci yerləri bölüşürlər. “Fənərbağça” top fərqinə görə ilk sırada qərarlaşıb.

Bu, tərəflərin Superliqada 133-cü dueli olacaq. 52 dəfə hazırkı meydan sahibləri, 37 dəfə “sarı-qırmızılar” qələbə qazanıb. Digər görüşlərdə isə heç-heçə qeydə alınıb.