Orban Macarıstan prezidentini müdafiə edibbackend

Orban Macarıstan prezidentini müdafiə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın Baş naziri Viktor Orban ölkə Prezidenti Tamaş Şuyoku müdafiə edib.

NOCOMMENT.az xəbər verir ki, Orban bu barədə aprelin 21-də “Facebook” sosial şəbəkəsində paylaşım edib.

Baş nazir dövlət başçısının müdafiəsi üçün hazırlanmış petisiyanı imzaladığını bildirib.

Orban petisiyanın mətnini də paylaşıb. Sənəddə qeyd olunur ki, seçkilərdə qalib gəlmiş “Tisa” partiyasının lideri Peter Madyarın hazırkı prezidentin istefası ilə bağlı çağırışı hakimiyyət üzərində “tam nəzarətə” nail olmaq cəhdidir.

“Seçkidə qələbə heç bir partiyaya konstitusiya təminatlarını nəzarətsiz şəkildə ləğv etmək hüququ vermir”, – deyə petisiyada vurğulanıb.

Sənəd müəlliflərinin sözlərinə görə, Şuyok – Madyardan fərqli olaraq, konstitusiya nizamını, milli varisliyi təcəssüm etdirir, hakimiyyətdən siyasi alət kimi istifadə etmir.

Qeyd edək ki, həmin gün Peter Madyar Prezident Şuyoku mayın 31-dək könüllü istefa vermədiyi təqdirdə məcburi şəkildə vəzifədən uzaqlaşdırılacağı ilə hədələyib./Oxu.Az/