Fevralda nikaha girmək istəyənlərdə təhlükəli xəstəliklər aşkarlanıbbackend

Fevralda nikaha girmək istəyənlərdə təhlükəli xəstəliklər aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fevral ayı ərzində nikaha daxil olmaq istəyən 9 676 nəfər müayinədən keçib.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, onların 373-də talassemiya daşıyıcılığı, 97-də sifilis, 21 şəxsdə isə QİÇS aşkarlanıb.

Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 7 olub.

Qeyd edək ki, 2015-ci ildən indiyədək nikaha daxil olmaq istəyən 720 897 nəfərin qan müayinəsi aparılıb. 25 073 cütlükdən birində talassemiya daşıyıcılığı, 293 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 802 nəfərdə sifilis, 740 nəfərdə HİV (QİÇS) qeydə alınıb”.