Feysbuk siyasi reklamı qadağan edirbackend

Feysbuk siyasi reklamı qadağan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” rəhbərliyi bu ilin noyabrında ABŞ-da keçiriləcək Prezident seçkiləri öncəsi sosial şəbəkədə siyasi reklam yerləşdirilməsinə qadağa tətbiq edilməsini nəzərdən keçirir.

NOCOMMENT xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mümkün qadağanın hələ də müzakirə edildiyini bildirən agentliyin məlumatına görə, məqsəd istifadəçiləri seçki ilə əlaqəli yanlış ola biləcək məzmundan qorumaqdır.

Bununla yanaşı, Feysbuk rəhbərliyi reklam qadağasının seçki kampaniyasına mənfi təsir göstərə biləcəyinə və ya namizədlərin son xəbərlərə, yeni məlumatlara cavab imkanlarını məhdudlaşdıracağına dair narahatlıq keçirir.