FHN əməkdaşının iş yoldaşını güllələməsi ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

FHN əməkdaşının iş yoldaşını güllələməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Odlu silahla iş yoldaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.