FHN üçün 9 obyektin layihə-smeta sənədləri hazırlanacaq – 259 min manatlıq müqavilə gözlənilirbackend

FHN üçün 9 obyektin layihə-smeta sənədləri hazırlanacaq – 259 min manatlıq müqavilə gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən müxtəlif rayonlarda 4 yanğınsöndürmə depo binası və 5 sularda xilasetmə məntəqəsinin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, bu işlər “Promor” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçiriləcək və müqavilənin dəyəri 259.541 AZN təşkil edəcək.

Sənədlərin hazırlanması tikinti prosesinin keyfiyyətli və qanunvericiliyə uyğun aparılması üçün əsas mərhələ hesab olunur.