FHN Xızıda qarlı yolda qalan şəxsləri XİLAS ETDİbackend

FHN Xızıda qarlı yolda qalan şəxsləri XİLAS ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xızı rayonunda minik avtomobili qarlı yolda qalıb.

NOCOMMENT.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Xızı rayonu Qızılqazma kəndi ərazisində, vətəndaş Mehdiyev Rüfət Rafiq oğluna məxsus “Mercedes” markalı minik avtomobilində 3 nəfər vətəndaşın qarlı yolda bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Vətəndaşlar və avtomobil FHN in Xızının DYMX in əməkdaşları tərəfindən xüsusi avadanlıqlardan istifadə olunmaqla təhlükəsiz əraziyə çıxarılıb.