2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarını stadionlarda 7 milyon tamaşaçı, televiziya qarşısında isə 6 milyard insan izləyəcək.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino DÇ-2026-nın Avropa zonası üzrə püşkatma mərasimində deyib.
Qurumun rəhbəri növbəti mundialın tarixin ən yaxşısı olacağını söyləyib.
Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.













