Fiko Ukraynaya görə Çexiyanı tənqid edibbackend

Fiko Ukraynaya görə Çexiyanı tənqid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya hakimiyyəti planlaşdırılan hökumətlərarası məsləhətləşmələri ləğv etməklə Slovakiya-Çexiya münasibətlərini təhlükə altına atıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko deyib.

Slovakiyanın baş nazirinin sözlərinə görə, ölkələr arasında münasibətlərdə təhlükə Slovakiyanın açıq şəkildə sülhdən danışdığı halda, Çexiyanın Ukraynadakı münaqişəni dəstəkləməkdə maraqlı olması səbəbindən yaranıb. Fiko hesab edir ki, Çexiya hakimiyyətinin qərarının Slovakiyanın suveren xarici siyasətinə heç bir təsiri olmayacaq.

“Slovakiya hökuməti heç vaxt – təkrar edirəm, heç vaxt – dərin Çexiya-Slovakiya münasibətlərini heç bir təhlükəyə məruz qoymayacaq. Nəzərə alırıq ki, Çexiya hökumətinin rəhbərləri yalnız Ukraynadakı müharibəni dəstəkləməkdə maraqlı olduqları üçün onları riskə atmaq qərarına gəliblər, halbuki Slovakiya hökuməti açıq şəkildə sülhdən danışır”, – o videomüraciətində bildirib.