Filippin ABŞ qoşunları üçün 4 yeni hərbi bazanın yerlərini açıqladıbackend

Filippin ABŞ qoşunları üçün 4 yeni hərbi bazanın yerlərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin etirazlarına baxmayaraq, Filippin ABŞ əsgərlərinə yeni hərbi bazaların veriləcəyini təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, Filippin hökuməti ABŞ hərbçilərinin ölkədə yerləşdirilməsi üçün əlavə 4 hərbi bazanın yerini açıqlayıb.

Filippin Rəyasət Heyətindən verilən açıqlamada 2014-cü il Genişləndirilmiş Müdafiə Əməkdaşlıq Müqaviləsi (EDCA) çərçivəsində fevral ayında ABŞ-ın girişinə icazə verildiyi 4 hərbi bazanın yerinin müəyyən edildiyi qeyd edilib.

Məlumatda Caqayan bölgəsindəki Santa Ana şəhərindəki hərbi dəniz bazası və Lal-lo şəhərindəki Caqayan Şimal Beynəlxalq Hava Limanı, İzabela bölgəsindəki baza və Palavan bölgəsindəki Balabak adasındakı yerli baza ABŞ əsgərlərinin girişi üçün açılıb.

Qeyd edək ki, Çin ABŞ-ın Filippindəki yeni hərbi bazalarından narahatdır.

NOCOMMENT.AZ