Filippin və Çin arasında gərginlikbackend

Filippin və Çin arasında gərginlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippinin iki təchizat gəmisi Cənubi Çin dənizindəki Spratli adalarının mübahisəli sularında Çin sahil mühafizə gəmilərinin yaratdığı blokadanı yarıb.

NOCOMMENT.az xəbər verir ki, verilən açıqlamada BRP Sierra Madre gəmisinə edilən bu təchizat və texniki xidmət missiyalarının “yerli və beynəlxalq qanunlara uyğun olaraq” həyata keçirilən müntəzəm əməliyyatların bir hissəsi olduğu qeyd edilib.

Filippin rəsmiləri Cənubi Çin dənizinin mübahisəli sularında Çinin qoyduğu hər hansı maneələri aradan qaldıracaqlarını bəyan etmişdilər.  

Qeyd edək ki, Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 faizindən çoxunun suverenliyini iddia edir. Filippin, Vyetnam, Bruney və Malayziya kimi sahilyanı qonşu ölkələr də bölgədə haqq iddia edir. Bölgədəki adalar, qayalıqlar və dəniz bəndləri, xüsusilə Parasel və Spratli adaları üzərində suverenlik mübahisələri zaman zaman ölkələr arasında gərginliyə səbəb olur.