Finlandiya Rusiya ilə sərhədi açır?backend

Finlandiya Rusiya ilə sərhədi açır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın müdafiə naziri Antti Hakkanen qaçqınlarla bağlı qanun qəbul ediləcəyi təqdirdə Rusiya ilə sərhədin sərnişin daşınması üçün açıla biləcəyini etiraf edib.

NOCOMMENT.az xəbər verir ki, Bu barədə o, Lappeenranta səfəri zamanı bildirib.

Hazırda “qayıdış” haqqında qanun layihəsi üzərində son tamamlanma işləri gedir. 1-2 həftə ərzində ölkə parlamentində ona baxılacaq.

Hakkanenin fikrincə, qanun ən qısa zamanda qüvvəyə minməlidir. Nazir bu sənədi “çox çətin” adlandırıb.

Nəşrin yazdığı kimi, bu sənəd həm də Rusiyaya bir mesajdır.