Finlandiya rusların ölkəyə velosipedlə daxil olmasını qadağan edibbackend

Finlandiya rusların ölkəyə velosipedlə daxil olmasını qadağan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Finlandiya noyabrın 15-dən etibarən Rusiya ərazisindən velosipedlə girişə qadağa tətbiq edəcək. Bu barədə Rusiya səfirliyi öz saytında məlumat yayıb.

“Finlandiya hakimiyyət orqanlarından alınan bildirişə əsasən, 15 noyabr 2023-cü il saat 00.00-dan etibarən Finlandiya qeyri-müəyyən müddətə Rusiyadan velosipedlə sərhədi keçməyə qadağa qoyur”, – məlumatda deyilir.

Eyni zamanda diplomatlar əlavə ediblər ki, oxşar məhdudiyyətlər noyabrın 9-dan Vaalimaa, Nuiyamaa və İmatra keçid məntəqələrində artıq qüvvədədir. Rusiya tərəfində bunlar Torfyanovka, Brusniçnoye və Svetoqorsk keçid məntəqələridir.

Səfirlik rusiyalıları səfərlərini planlaşdırarkən bu məlumatları nəzərə almağa çağırıb.